İŞİD üzvü olan yeniyetmə girovu güllələdi - REAL GÖRÜNTÜ
İŞİD terror təşkilatı yemiyetmənin girovu güllələməsi kadrlarını yayıb. APA TV-nin məlumatına görə, öldürülən şəxsin İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin əməkdaşı Məhəmməd İsmayıl olduğu bildirilir. Narıncı geyimdə olan və diz çökən girovun arxasında əlində tapança yeniyetmə dayanıb.
Videoda girov "Mossad"la necə əməkdaşlığa başladığından danışır. Sonra İŞİD üzvlərindən biri fransız dilində çıxış edir və Fransada yaşayan yəhudiləri hədələyir. Daha sonra təxminən 12-13 yaşlı yeniyetmə Məhəmməd İsmayılın başından atış açır.
İsrail KİV-i ehtimal edir ki, söhbət Şərqi Qüdsün 19 yaşlı ərəb sakini Məhəmməd Səid İsmayıl Müsəlləmdən gedir. 12 sinif bitirən gənc bir müddət yanğınsöndürmə xidmətində könüllü kimi çalışıb. 2014-cü ilin sonunda Məhəmməd İsmayıl yoxa çıxıb. Bir müddət sonra ailəsi ondan elektron məktub alıb. Gənc məktubda bildirib ki, şəhid olmaq istəyir. Bu barədə İsrailin "Haaretz" qəzeti 19 yaşlı Məhəmmədin atası Səid Müsəlləmə istinad yazıb.