Hacıqabulda ruhi xəstə evində yanaraq ölüb
Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, martın 10-da axşam saatlarında Hacıqabul şəhərinin Mirzə Baxış Nadim küçəsi 4 ünvanında yerləşən ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğın hadisəsi olub. Yanğına evdə tək olan ev sahibi, 53 yaşlı Kazımov Asif Mirzağa oğlunun alışqandan istifadə etməsi səbəb olub. Nəticədə ruhi xəstə olan ev sahibi yanaraq ölüb.
Yanğın nəticəsində ev əşyalarla birlikdə təmamilə yanaraq, sıradan çıxıb. Ev sakinlərinin bildirdiyinə görə, yanğına təbii qazın evlərə fasilələrlə verilməsi səbəb olub.
Faktla bağlı FHN-nin təhqiqat qrupu araşdırma aparır. Yanğının dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.