Bakıda bir neçə saat davam edən tıxac yaranıb
Ötən axşam Bakının Ziya Bünyadov prospektindә bir neçә saat davam edən böyük tıxac yaranıb.
APA TV-nin mәlumatına görә, prospektin "Koroğlu" metrostansiyası istiqamәtindә olan hissәsindә nәqliyyatın hәrәkәtindә ciddi problem müçahidə olunub. Tıxac "Çermet körpüsü" adlanan әrazidәn başlayıb vә Heydәr Әliyev prospektinәdәk davam edib.
Nәqliyyatın İntellektual İdarәetmә Mәrkәzindәn APA TV-yə bildirilib ki, Ziya Bünyadov prospektindən Heydər Əliyev prospekti istiqamətində, körpünün üstündə aparılan təmirlə əlaqədar Böyükşor şosesi istiqamәtindә hərəkət edən sürücülər Heydər Əliyev prospektinin kənar yoluna keçməklə Bağırov körpüsündən dönərək Böyükşor şosesindən istifadə edə bilərlәr.