Bakı metrosunda ölüm hadisəsi baş verib - YENİLƏNİB
Martın 11-də səhər saatlarda Bakı Metropolitenində ölüm hadisəsi qeydə alınıb. Metronun “Gənclik” stansiyasına daxil olan sərnişinlərdən biri özünü narahat hiss etməyə başlayıb. Dərhal təcili tibbi yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən şəxs həkimlər gələnə qədər dünyasını dəyişib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, mərhumun şəxsiyyəti müəyyənləşib. Mərhum 1951-ci il təvəllüdlü Bağırov Sabir Balamirzə oğludur. İlkin ehtimala görə, o, səhhətində yaranan problemdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.