Xoşbəxt Yusifzadə: "Neftin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
"Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünya bazarlarında neftin qiymətlərinin düşməsinə münasibət bildirərkən deyib: "1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda neftin bir barelinin qiyməti 16 dollar olub. Bir ara isə neftin qiyməti 16 dollardan 100 dollara qədər artdı. Neftin qiymətinin qalxan vaxtı varsa, düşən vaxtı da olacaq. Neftin qiyməti bir gün qalxır, bir gün düşür. Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması, elə də kiçik rəqəm deyil".
Xoşbəxt Yusifzadə əlavə edib ki, SOCAR müəyyən xərclərini azalda bilər. Amma o quyular ki qalmalıdır, o işlər ki görülməlidir, mütləq görüləcək. Bu layihələr dayandırılmayacaq.