Xoşbəxt Yusifzadə: "Azərbaycanın 6 trilyon kubmetrə yaxın qaz ehtiyatı var"

"Ötən il “Azəri-Çıraq-Günəşli” yatağının dərinlik hissəsindən 32 milyon ton neft hasil edilibsə, bunun 22 milyonu Azərbaycanın mənfəət neftidir. Mənfəət nefti Dövlət Neft Fondunda yığılır. Fonddanisə sosial məsələlərə xərclənir".

 

APA TV-nin xəbərinə görə, bunu III Beynəlxalq “Caspian Energy Forum-2015” forumunda Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. O deyibki, “Azəri-Çıraq-Günəşli” yatağı barədə müqavilə bağlayarkən sənəddə cəmi 511 milyon ton ehtiyatın olduğu qeyd edilmişdi. Sonradan aparılan işlərdən məlum olub ki, buradakı ehtiyatların həcmi 1 milyard tondan artıqdır. 20 il ərzində “Azəri-Çıraq-Günəşli” yatağının dərinlik hissəsində ehtiyat iki dəfə artıb: "“Şahdəniz” Azərbaycanı dünyada qaz ölkəsi kimi tanıdan yataq oldu. Burada 1 trilyon 200 milyard kubmetr qaz ehtiyatı var. Bugünədək bu yataqdan 60 milyard kubmetr qaz hasil olunub. “Ümid”, “Babək” yataqlarında 600 milyard kubmetr, “Abşeron” yatağında isə 350 milyard kubmetr qaz ehtiyatı var".

 

Xəzər dənizində kəşfiyyat işləri aparmaq üçün üzən qazma qurğularının olmadığını deyən Xoşbəxt Yusifzadə bildirib ki, buna görə də yataqlarda kəşfiyyat işləri yubanır. Yeni strukturlarda işlər aparmaq üçün ən azı 5-6 üzən qazma qurğusuna ehtiyac var. Son hesablamalara görə, 2018-ci ildə uzən qazma qurğularının biri işə düşə bilər.

 

SOCAR rəsmisi əlavə edib ki, ümumilikdə ölkəmizin 6 trilyona yaxın qaz ehtiyatı var.  

 

Müəllif | Apa.Tv