Azərbaycanda "Elektron Hökumət" portalından istifadə edənləri sayı artır
"Bu ilin mart ayının 1 -nə olan məlumata "Elektron Hökumət" portalına daxil olan istifadəçilərin sayı 1 milyon 325 min nəfərdir".
APATV-nin məlumatına görə bunu görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyib: "İndiyədək elektron xidmətlərdən istifadə edənlərin sayı 8 milyon nəfəri keçib. Təkcə fevral ayında portaldan istifadə edənlərin sayı 700 min nəfərdən artıqdır. Əslində qış aylarında aktivlik əvvəlki illərdən dəfələrlə yüksək olub. Həm xidmət təlimatçıları tərəfindən təqdim olunan xidmətlərin sayı çox çeşidli olub, eyni zamanda istifadəçilər tərəfindən də aktivlik müşahidə olunmaqdadır".
Ölkəmizdə informasiya texnologiyaları və elektron hökumət sahəsində bir sıra mühüm sənədlərin qəbul edildiyini deyən mərkəz direktoru 2015-2017-ci illəri əhatə edən yeni "Dövlət idarəçiliyində elektron xidmətlərin artırılması və "Elektron hökumətin inkişafı" adlı Dövlət Proqramının əhəmiyyətini xüsusi qeyd edib.
"Bu gün ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Təhsil Nazirliyi, TQDK bu xidmətdə təmsil olunur. Daxili İşlər Nazirliyinin idarələr arası məlumat axtarış sistemi də daxil olmaqla bir sıra hökumət və dövlət strukturları aktiv fazaya keçib".
Nail Mərdanovun sözlərinə görə, bu günədək 100 mindən artıq elektron imza sertifikatı verilib.