Azərbaycanda Həcc ziyarəti üçün yeni qiymətlər açıqlandı

Azərbaycanda Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Qafqaq Müsəlmanlar İdarəsindən APA-ya verilən məlumata görə, builki ziyarətin şərtlərində əvvəlki illərə nisbətən dəyişiklər var. Bu il də zəvvarlara ziyarət iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli otellər və yemək, 4 nəfərlik otaqlar 5750 manat, nisbətən ucuz şəraitli otellər, 6 nəfərlik otaqlar 4700 manata təklif olunur.

 

Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb edilir.

 

İdarədən onu da bildiriblər ki, bəzi mətbuat orqanlarında ödənişin ABŞ dolları ilə aparılması haqqında yayılan məlumatlar həqiqətəuyğun deyil. Ödənişlər zəvvarlardan Azərbaycan manatı ilə qəbul olunacaq. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq.

 

Qeyd edək ki, ötən il Həcc ziyarəti üçün ən yüksək qiymət 4100 manat, ən aşağı qiymət isə 3250 manat olub.

Müəllif | Apa.Tv
Apa.tv