Azərbaycanda zəlzələ oldu!
Azərbaycanda zəlzələ olub. APA TV-nin AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar martın 12-də, yerli vaxtla saat 04:42-də, Astara rayonundan 13 km cənubi-şərqdə, 48 km dərinlikdə qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.