Bakıda 30 yaşlı qadın bıçaqlandı

Ötən gecə Bakıda qadın bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 30 yaşlı Xəlilova Aygün Şahmar qızı yaşadığı Mehdi Hüseynzadə, 16 ünvanında bıçaqlanıb. Yaralı qonşuların köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Əməliyyat olunan qadının həyatı xilas edilib. İlkin məlumata görə, Aygün Xəlilova tanışı Anar adlı şəxs tərəfindən bıçaqlanıb. Qonşuların sözlərinə görə, Anarla Aygün qeyri-rəsmi münasibətdə olublar. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur. 2 uşaq anası olan Aygün Xəlilova bir neçə il bundan əvvəl ərindən boşanıb. 

 
Daha bir bıçaqlanma hadisəsi paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, 26 ünvanında qeydə alınıb. Paytaxt sakini Anar Məmmədov təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Bədənin müxtəlif nahiyələrində bıçaq yarası olan paytaxt sakini əməliyyat olunub. Hazırda vəziyyəti orta ağırdır. Faktı Nizami rayon polis idarəsinin 25-ci polis bölməsinin əməkdaşları araşdırır. Anar Məmmədov ilkin ifadəsində ehtiyatsızlıqdan özünə xəsarət yetirdiyini bildirib. Hadisənin hansı zəmində baş  verməsi araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv