Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmazda xəsarətlə nəticələnən qəza baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 17-ci kilometrliyində qeydə alınıb. Xaçmaz rayon sakini Mehdiyev Ceyhun Mehdi oğlunun idarə etdiyi  “Ford” markalı avtomaşınla Xaçmaz rayonu, Xəzərli kənd sakini Museyibov Rəşad Şahin oğlunun idarə etdiyi  “VAZ 2106” markalı avtomaşın toqquşub.

 

Qəza nəticəsində hər iki maşının sürücüsü və “Ford”da olan sərnişin,  Xaçmaz rayon sakini Qəribov Qərib Əmirşah oğlu yaralanıb. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Qərib Qəribov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. R. Museyibova baş-beynin silkələnməsi, sağ bud canaq oynağının çıxışı, C. Mehdiyevə isə sağ əlin və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.  Hər iki şəxsin müalicəsi Xaçmaz MRX-da davam etdirilir.
 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan