Bakıda ikimərtəbəli binada yanğın baş verib, 12 ailə təxliyə edilib
Bakının Qaradağ rayonunda ikimərtəbəli binada yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın rayonun Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində, 12 ailənin yaşadığı binada qeydə alınıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Yaralı təcili yardımla 5 saylı şəhər xəstəxanasına gətirilib. Dərhal hadisə yerinə Qaradağ və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları bina sakinlərini təxliyə ediblər.
Yanğın səhər saatlarına kimi davam edib. Faktla bağlı araşdırma aparılır.