Fransada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. APA TV-nin məlumatına görə, hadisə Orn departamentinin Arjentan şəhəri yaxınlığında qeydə alınıb. Şahidlərin sözlərinə görə, təyyarə eniş edərkən qəzaya uğrayıb. Qəzanın baş vermə səbəbi hələlik məlum deyil. Xatırladaq ki, martın 9-da Argentinada helikopter qəzasında Fransanın 3 məşhur idmançısı həyatını itirib.

Müəllif | Apa.Tv
Apa.tv