Arvadını uşaqlarının gözü qarşısında öldürən keçmiş məhkuma hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rabil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.
APA TV-nin xəbərinə görə, 1979-cu il təvəllüdlü Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb. S. Bağırova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Bu, onların hər ikisinin ikinci nikahı olub. Birgə nikahdan iki övladları dünyaya gəlib. Hec bir yerdə işləməyən Rabil Abbasov əvvəllər xuliqanlıq və narkotik vasitələrdən istifadə, daşıma və satma maddəsi ilə məhkum edilib.
Hadisəni törədən zaman onların azyaşlı uşaqları da evdə olub.