"FINCA Azerbaijan"dan "Qan Verək-Talassemiyalı Uşaqları Xilas Edək" aksiyası

Martın 11-də "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı "Qan Verək – Talassemiyalı Uşaqları Xilas Edək" şüarı altında qanvermə aksiyası həyata keçirib. Aksiyanın əsas məqsədi Talassemiya Mərkəzində qeydiyyata alınmış uşaqlara dəstək verməkdir. Bu dəfə indiyədək filialların iştirakı ilə müxtəlif regionlarda keçirilən aksiyalardan fərqli olaraq, ilk dəfə bütün təşkilatı əhatə edən və işçi heyətini cəlb edən qanvermə aksiyası həyata keçirilib "FİNCA Azeribaijan"ın İctimaiyyətlə Əlaqələr üzrə koordinatoru Gülşən Cumayeva deyib ki, qeyri-bank kredit təşkilatı uzun illərdir, müxtəlif layihələr icra edir.

 

Qanvermə aksiyası Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyasının təşkilatı dəstəyilə icra edilib.
 

Qeyd edək ki, "FINCA Azerbaijan" əsas fəaliyyət istiqaməti ilə yanaşı, Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində cəmiyyətin həssas təbəqələrindən olan uşaqlara, qocalara, qadınlara və eyni zamanda ətraf mühitin qorunmasına yönəlmiş müxtəlif sosial layihə və tədbirlərin icrasında da aktiv iştirak edir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova