Bakıda 36 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq öldürüb

Bakıda intihar hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsi “V” massivində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elman Faiq oğlu Mehdiyev özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

 

Polisdən intihar edən şəxsin ruhi xəstə olduğu bildirilib. 

Müəllif | Apa.Tv
Apa.tv