İŞİD-dən dəhşətli edam: küçənin ortasında 3 nəfərin başı kəsildi

İŞİD terrorçuları islamı təhqir etməkdə və homoseksual olmaqda günahlandırdığı 3 nəfəri edam ediblər. APA TV-nin xəbərinə görə, edam edilənlərdən 2-nin homoseksual olduğu bildirilir. Terrorçular onların başını insanların gözü qarşısında kəsib. Edamın fotoları yayılıb. Edamdan öncə hər üç şəxs "məhkəmə" tərəfindən cəzalandırılıb. Onların "günahları" elan edilib. Sonra cəllad onların başını kəsib.

 
Qeyd edək ki, bundan öncə də bir neçə homoseksual şəxs çoxmərtəbəli binadan yerə atılaraq edam edilmişdi.

 

Edamın harda həyata keçirildiyi barədə dəqiq məlumat yoxdur.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı