Milli Olimpiya stadionunda məşqlər başlayır
Tikintisinə 2012-ci ilin dekabr ayında başlanılmış Bakı Olimpiya Stadionunda bəzək işləri aparılır. APA TV-nin xəbərinə görə, ərazidə tikinti başa çatıb, abadlıq işlərinə başlanılıb.
Artıq Gənclər və İdman Nazirliyinə təhvil verilən Milli Olimpiya stadionunda son hazırlıq işləri görülür. Yarışların açılış və bağlanış mərasimlərində məşq etmək üçün ərazidə texniki avadanlıqlar da quraşdırılıb.
Yarışlarının açılış və bağlanış mərasimində 6 mindən çox könüllünün iştirak edəcəyi gözlənilir. Onların məşqləri üçün stadion ərazisində hazırlıq işləri görülüb. 69 minə yaxın tamaşaçı tutumlu stadionda VİP, CİP və əlil tamaşaçılar üçün də xüsusi oturacaqlar quraşdırılıb. İşıq sistemi, monitorlar tam hazır vəziyyətə gətirilib.
12-28 iyun tarixlərdə Bakıda ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda baş tutacaq. Bundan başqa, bu məkanda sıra yarışların keçirilməsi də nəzərdə tutulub.