Yasamalda "Mercedes" əvvəl səkiyə, sonra daş hasara çırpıldı
Bakının Yasamal rayonunda maşına nəzarəti itirən sürücü qəza törədib. APA TV-nin məlumatına görə, Mikayıl Müşfiq küçəsi ilə Parlament prospekti istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsünün döngədə ani çaşqınlığı qəzai ilə nəticələnib.
Sürücü yüksək sürətlə idarə etdiyi maşının əvvəlcə səkiyə, daha sonra isə daş hasara çırpıb. Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi insan itkisinin olmamasıdır. Hadisənin təfərrüatlarını Yasalam Rayon Dövlət Yol Polisi Şöbəsi araşdıracaq. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.