Bakıda təmir gedən yolda qəza baş verib

Badamdar qəsəbəsində qarşısına çıxan maneəni görməyən sürücü maşını mərmər plitəyə çırpıb. Sürücü Rauf Alışovun sözlərinə görə, Badamdar şossesindən nadir hallarda istifadə edir. Buna görə də yolda təmir işlərinin aparıldığından xəbərsiz olub. Plitəyə çırpılan maşına ciddi ziyan dəyib. Sürücü yolda təmirin getdiyini göstərən heç bir nişanın olmamasından gileylənir.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Badamdar şossesində asfalt örtüyü yenilənir.

 

Müəllif | Apa.Tv