Balakəndə 21 yaşlı qadın müəmmalı şəkildə bıçaqlanıb

Balakəndə bir uşaq anası müammalı şəkildə bıçaqlanıb. Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, rayonun Talalar kənd sakini, 21 yaşlı Sahibə Cavad qızı Məmmədova qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Sahibə Məmmədovanın üzərində cərrahiyyə əməliyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.


Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlayıb. Sahibə Məmmədovanın bıçaqla özü-özünə xəsarət yetirməsi, yaxud başqa bir şəxs tərəfindən bıçaqlanması araşdırılır. Məlumatda bildirilir ki, Sahibə Məmmədova ailəlidir və bir yaşı tamam olmayan körpəsi var.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov