Salyanda 16 yaşlı oğlan anasını ailə üzvlərinin gözü qarşısında öldürdü

Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı oğul çoxsaylı bıçaq zərbəsi ilə anasını öldürüb. APA TV-nin xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Salyan şəhər İbrahim Qurbanov küçəsi 8 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Hüseyn Rövşən oğlu Həsənov ailə münaqişəsi zəmnində anası, 41 yaşlı Gülarə Tofiq qızı Həsənovaya bir neçə biçaq zərbəsi vurub. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Yaralı isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanada dünyasını dəyişən Gülarə Həsənovanın meyiti daxili və xarici müayinə üçün məhkəmə tibbi ekspertizaya göndərilib. Hüseyn Həsənov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə, hadisə baş verən zaman fərdi yaşayış evində ailənin digər üzvləri də olub. Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı