Türkiyənin məşhur müğənnisinin meyiti tapılıb
Türkiyə pop musiqisinin önəmli simalarından olan Erol Büyükburç 79 yaşında dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, məşhur müğənninin meyitini meneceri tapıb.
Erol Büyükburç bir gün əvvəl dostları ilə görüşüb, axşam yeməyi yeyib. Dostlarından ayrılan müğənni evinə gedib. O, səhər meneceri ilə görüşməliymiş. Meneceri Osman Nuri Yazıçı Erol Büyükburçun telefon zənglərinə cavab vermədiyini görüb və polislə birlikdə onun evinə gedib. Çilingərin yardımı ilə qapı açılıb və müğənninin meyiti tapılıb.
Tanınmış musiqiçinin ölümünün səbəbinin aydınlaşdırılması üçün meyit ekspertizaya aparılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Erol Büyükburçun ölümü barədə danışarkən bildirib ki, müğınninin konsertindən bir gün əvvəl dünyasını dəyişməsinin səbəbini ekdpertiza açıqlayacaq.
Qeyd edək ki, Erol Büyükburç bu gün Bursada konsert verməliydi.