Sumqayıtda "FINCA Azerbaijan"ın 2-ci filialı açılıb
Günü-gündən əhatə dairəsini genişləndirən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit təşkilatı martın 12 -də Sumqayıtda 2-ci filialının rəsmi açılış mərasimini həyata keçirib. FINCA standartlarına tam cavab verən yeni müasir ofis müştərilərin rahatlığını təmin etməklə yanaşı, göstərilən maliyyə xidmətlərinin ən yüksək səviyyədə təşkilinə şərait yaradır. Tədbirdə təşkilatın rəhbər şəxsləri ilə yanaşı, Sumqayıt şəhər bələdiyyə sədri, tərəfdaş bankların nümayəndələri və müştərilər iştirak edib.
"FINCA Azerbaijan"-nın ölkə direktoru Timoti Tarrant bunları deyib: "Mən çox həyəcanlıyam və burda iştirak etdiyim üçün çox şadam. Bu, bizim Sumqayıtda artıq ikinci filialımızdır".
Tədbirin sonunda filialdan ilk dəfə kredit götürən və uzun müddət əməkdaşlıq edən müştərilərə hədiyyələr təqdim olunub.
Fevralın 2-dən etibarən fəaliyyətə başlayan 2 saylı Sumqayıt filialı 23 nəfərlik işçi heyəti ilə Sumqayıt, Ceyranbatan, Novxanı, Corat və digər ətraf ərazilərdə yaşayan 1600 nəfərdən çox kiçik və orta bizneslə məşğul olan sahibkarlara maliyyə xidmətləri göstərir.
"FINCA Azerbaijan" hazırda ölkənin bütün regionlarını əhatə edən 67 filial vasitəsilə 155,000 nəfərə yaxın aktiv müştəriyə müxtəlif növ kreditləri istər manat, istərsə də, dollarla təqdim etməkdə davam edir. Təşkilatın təqdim etdiyi kredit məhsulları haqqında ətraflı məlumatları *2525 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.