Ermənilər Ağdamda yaxınlarının məzarını ziyarət edən dinc sakinləri atəşə tutdu

Erməni silahlı bölmələri Ağdam rayonunda bayram öncəsi doğmalarının məzarlarını ziyarətə gedənləri atəşə tutublar. Bu barədə APA TV-nin Qarabağ bürosuna yerli sakinlər məlumat verib. Ziyarətə gedənlərdən biri - Lətifə Qasımova bildirib ki, işğal altında olan Baş Qərvənd kəndinin qəbiristanlığı qoşunların təmas xəttində yerləşir və atəş altındadır. Məzarlığın çox hissəsi ermənilər tərəfindən aydın müşahidə olunduğundan, atəşkəs dövründə həyatdan köçənlər əsasən məzarlığın bir hissəsində dəfn olunurlar. Müharibəyə qədər və müharibə dövründə dəfn edilənlərin məzarlarını ziyarət etmək demək olar ki, mümkün deyil. Baş Qərvənd sakini İsrail Bağırov deyib ki, qəbristanlığın atəşə tutulması nəticəsində məzar daşlarına xeyli sayda güllə dəyib. 

Müəllif | Apa.Tv
Apa.tv