Hüseyn Cavid parkının ətrafında aparılan bütün tikintilər dayandırıla bilər

Binəqədi rayonunun Biləcəri qəsəbəsində Xurşudbanu Natəvan küçəsinin təmirinə başlanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən APA TV-yə verilən məlumata görə, uzunluğu 1800 m olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 14-15 metr arasında dəyişir. Yolun 600 metrlik hissəsində köhnə asfalt-beton örtük qaşınaraq yenisi ilə əvəzlənir. İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir.

 

Həyata keçirilən təmir işləri ilə yanaşı, Bakı şəhərində yeni yolların tikintisi də planlaşdırılır.

 

Artıq Şəfayət Mehdiyev küçəsinin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsinin 4 hərəkət zolağına uyğun yenidənqurulması təklifi irəli sürülüb. Hazırda tikinti altına düşən maneələr barədə məlumatların toplanılmasına başlanılıb. Sözügedən yolun salınması ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC aidiyyəti qurumlardan  cəmiyyətlə razılaşdırmadan həmin ərazidə həyata keçirilən bütün növ tikinti işlərinin dayandırılmasını xahiş edir.

 

Müəllif | Apa.Tv