DSMF Qubada “Açıq qapı günü” - vətəndaş forumu keçirib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Qubada “Açıq qapı günü” - vətəndaş forumu keçirib. APA TV-nin xəbərinə görə, tədbirə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sosial sığorta ödəyiciləri və pensiyaçıları qatılıb. Vәtәndaş forumunda sığortaolunanlar vә pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, sosial sığorta vә pensiya tәminatı mәsәlәlәri ilә bağlı әtraflı müzakirәlәr aparılıb. Geniş maraq doğuran müzakirәlәrin gedişindә DSMF-nin şöbә müdiri Famil Qәdimov vәtәndaşları mәlumatlandırıb: "Vətəndaşlara izah olundu ki, sosial sığorta iqtisadi maһiyyәtinә görә vergi deyil, işçinin әmәyinin dәyәrinin bir һissәsidir vә sosial risklәrdәn sığortalanma mәqsәdilә fondlaşdırılır".
Famil Qədimovun sözlərinə görə, bir sıra һallarda bәzi ekspertlәr bunu vergi ilә qarışıq salır vә sığorta-pensiya sistemi iştirakçılarında yanlış tәsәvvür formalaşdırırlar. Halbuki, һәmin mövzuda mәlumatlı olmaq üçün sosial sığorta sistemlәri baradә bir az tanışlıq kifayәtdir.
MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edən ölkə olduğunu vurğulayan F.Qədimov qeyd edib ki, son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb.
Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlandığını bildirən Fond rəsmisi deyib ki, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.