Bakının 3 böyük küçəsi bağlı olacaq

Paytaxtın bir neçə küçəsi müvəqqəti bağlanacaq. Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində, yəni, 22-28 mart Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.

Müəllif | Apa.Tv
Apa.tv