Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, mövqelərimizi atəşə tutub. APA TV-nin Müdafiə Nazirliyinin  saytına istinadən verdiyi məlumata görə, nəticədə Silahlı Qüvvələrin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. Müdafiə Nazirliyi  bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

  

Müəllif | Apa.Tv
Apa.tv