İspaniyada antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı

İspaniyada polis antiterror əməliyyatı keçirib. APA TV-nin məlumatına görə, əməliyyat nəticəsində İraq və Suriyada savaşmaq üçün döyüşçü toplayan qrupun 8 üzvü saxlanılıb. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, saxlanılanların hamısı İraq Şam İslam Dövləti ( İŞİD) terror təşkilatının üzvüdür.

 

Antiterror polisi tərəfindən 4 şəhərdə keçirilən əməliyyatda tutanların 5-inin Mərakeş əsilli olduğu açıqlanıb.

 

Qeyd edək ki, İraq və Suriyada 100-ə qədər İspaniya vətəndaşı İŞİD sıralarında döyüşür.

 

2015-ci il girəndən İspan polisi ölkədə terror aktı törətməyə cəhd edən 14 İŞİD üzvünü saxlayıb.

 

Müəllif | Apa.Tv