Türkiyədə qanunsuz miqrant "ovu": 400 nəfər saxlanıldı

Türkiyə polisi qanunsuz miqrantlara qarşı əməliyyat keçirib. APA TV-nin məlumatına görə, "Çanaqqala boğazı"nda keçirilən əməliyyat nəticəsində 400 miqrant saxlanılıb. Suriya və Afrikanın müxtəlif ölkələrindən olan miqrantlar Avropaya üz tutublarmış. Onları daşıyan gəmiyə Türkiyə ərazisində bir neçə dəfə "Dur!" əmri verilib. Əmrə məhəl qoymayan gəmiyə Türkiyə Dəniz Qüvvələri tərəfindən atəş açılıb. Yalnız bundan sonra gəmi saxlanılıb. Polis miqrantları gəmidən düşürərək onları idarələrə aparıb.

 

Çoxu suriyalı olan miqrantlar müvəqqəti sığınacaqlara yerləşdiriləcəklər.

 

Müəllif | Apa.Tv