İraq əsgərlərini Tikritdə İŞİD snayperləri qarşılayıb

İraq rəsmiləri ordunun Tikrit istiqamətində İŞİD-ə qarşı keçirdiyi əməliyyatları yüksək qiymətləndirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, İraqın Müdafiə Nazirliyi terrorçuların mövqelərinə havadan endirilən zərbələrin nəticəsini əks etdirən görüntülər yayıb. Bildirilir ki, ordu Tikritə girən zaman binaların və başqa ərazilərin minalandığının şahidi olub. Bundan əlavə onlara snayper atəşləri də açılıb. Hazırda İŞİD şəhərin kiçik bir ərazisinə nəzarəti əlində saxlayır. İraqın müdafiə naziri bu ərazidən də terrorçuların təmizlənəcəyinə əminlik ifadə edib. O bildirib ki, bunu əməliyyatların gedişi də göstərir. Terrorçuların əsasən Səddam Hüseynin zamanında Tikritdə inşa edilən prezident sarayının ətrafında möhkəmləndikləri vurğulanır.

 

Xatırladaq ki, Tikrit hadisələr başlayandan İraq ordusu tərəfindən İŞİD nəzarətindən azad edilən ilk böyük şəhərdir. Əməliyyatlarda 20 min əsgər iştirak edir. Onlara İranın dəstək verdiyi şiə qruplaşmaları da qoşulub.
 

Müəllif | Apa.Tv
Apa.tv