Misir dövləti 45 milyard dollarlıq yeni paytaxt tikir

Misir dövləti yeni paytaxtın inşasına qərar verib. APA TV -nin "Reuters"ə istinadən verdiyi məlumata görə, yeni paytaxt Qahirənin şərqində yerləşəcək. Şəhər 6-7 ilə inşa ediləcək və bütün işlər təxminən 45 milyard ABŞ dollarına başa gələcək. Misirin tikinti işləri naziri Mustafa Madbulinin sözlərinə görə, yeni paytaxt Sinqapur böyüklüyündə olacaq və bu işlərə bütün nazirliklər cəlb olunub. Həmin qurumlar xarici dövlətlərdəki partnyorları ilə məsləhətləşmələr də aparmaqda sərbəstdirlər. Tikintidə çalışacaq işçilər üçün bir milyon nəfərlik sığınacaq tikiləcək. Dövlətin bu qərarı hazırkı paytaxt Qahirədə yaşanan  sıxlıqla əlaqələndirir. Bildirilir ki, şəhərdə 20 milyon insan yaşayır və qarşıdakı 30-40 il ərzində bu rəqəm iki dəfə artacaq. Yeni paytaxt isə təxminən 5 milyon sakin üçün nəzərdə tutulub. Hərbçilər artıq hələlik adı bəlli olmayan şəhər istiqamətində yol çəkilişlərinə cəlb olunublar.

 

Müəllif | Apa.Tv
Apa.tv