NATO baş katibi: "Ukraynanın şərqində baş verən hadisələrə qarışmırıq"

"NATO Ukraynanın şərqində baş verən hadisələrə qarışmayacaq".

 

APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bunu alyansın baş katibi Yens Stoltenberq "Sky News" telekanalına müsahibəsində açıqlayıb. O bildirib ki, Ukrayna birliyin cavabdehlik daşıdığı ərazidə yerləşmir: "Ukrayna NATO-nun üzvü deyil, NATO yalnız öz müttəfiqlərinin müdafiəsinə məsuldur və onlardan heç biri hazırda təhlükə ilə üzləşməyib".

 

Baş katib vurğulayıb ki, alyans Kiyevin siyasi dəstək çağırışlarına da etiraz edir. O əlavə edib ki, NATO Rusiyanın Ukraynadakı hərəkətlərini də qəbul etmir və Minskdə razılaşdırılan məsələlərin həyata keçirilməsində maraqlıdır.

 

Xatırladaq ki, ölkənin şərqindəki hərbi əməliyyatların keçirilməsi üçün Kiyev bir neçə Avropa dövlətlərindən hərbi yardım alıb. Onlardan ikisi - Çexiya və Litva NATO-nun üzvüdür. ABŞ da Ukraynaya hərbi dəstək üçün 320 milyon dollar ayırıb. Amma buna etiraz edən Avropa dövlətləri də az deyil. Söhbət Almaniya, Fransa, Danimarka, Estoniya, İtaliya, Macarıstan kimi ölkələrdən gedir.
 

Müəllif | Apa.Tv
Apa.tv