İŞİD-in 12 yaşlı "cəllad"ının kimliyi bilindi

Bir neçə gün əvvəl İŞİD-ə qoşulan və terrorçuların yayımladığı videokadrlarda yəhudi girovu güllələyən 12 yaşlı oğlan Fransanın Tuluza şəhərindəki məktəblərdən birinin şagirdidir. APA TV-nin "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, görüntüləri izləyən sinif yoldaşları onu tanıyıblar. Videokadrlarda yeniyetmənin yanında görünən terrorçunun isə kimliyi hələlik aydınlaşdırılmayıb. Amma o, da fransız dilində danışıb və Fransada yaşayan yəhudiləri təhdid edib. Araşdırmalar nəticəsində həmin şəxsin "Beşinci respublika"nın vətəndaşı olduğu güman edilir. Yeniyetmənin isə Tuluzanın Vokalin kollecinin şagirdi olduğu dəqiqləşdirlib. Bunu onunla bir sinifdə oxuyan şagirdlər də təsdiqləyib. "Biz artıq çox ehtiyatlı olmalıyıq" deyə Fransanın Yuxarı Qaronna əyalətinin təhsil inspektoru xəbərdarlıq edib. Həmin şagirdin 2014-cü ilin martın 14-dən dərslərə gəlmədiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv