ABŞ Türkiyə ərazisindən yararlanaraq İŞİD-i yarımtonluq bombalarla vuracaq

ABŞ ordusu İŞİD-ə qarşı hərbi əməliyyat zamanı Türkiyənin Adana vilayəti ərazisindəki İncirlik hərbi bazasından da yararlanacaq. APA-nın "Vatan" qəzetinə istinadən verdiyi xəbərə görə, bununla bağlı ötən həftə iki ölkə arasında anlaşma əldə olunub. ABŞ İraq ərazisindəki İŞİD hədəflərini vurmaq məqsədilə “Predator”  adlı pilotsuz təyyarələrdən istifadə edəcək. 1995-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan bu uçuş aparatlarının düşmən tərəfindən müəyyən edilməsi və vurulması ehtimalı çox azdır. Pilotsuz təyyarələr "Hellfire" adlandırılan 500 kiloluq bombalarla yerdəki hədəflərə zərbə endirir. "Predator" 740 kilometr yüksəyə qalxa və 30 saata qədər havada qala bilir. Bu təyyarələrdən Pakistan və Yəməndəki “Əl-Qaidə” hədəflərini vurmaq üçün geniş istifadə edilib.

Müəllif | Apa.Tv
Apa.tv