Göyçayda iki avtomobil toqquşdu: 1 ölü

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 3-cü kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Rayonun Məlikkənd kənd sakini, 1993-cü il təvəllüdlü Həsənov Teymur Elxan oğlunun idarə etdiyi 23-BJ-224 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn Kürdəmiş kənd sakini 1965-ci il təvəllüdlü  İsmayılov Ağaisa Əlisa oğluna məxsus 23-BS-622 dövlət nömrə nişanlı “VAZ 2104” markalı maşınla toqquşub. Ağaisa İsmayılov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov