Azərbaycanda havanın temperaturu 6 dərəcə enəcək - XƏBƏRDARLIQ

Martın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

 

Bölgələrdə havanın əsasən, gecə və axşam saatlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz saatlarında isə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti müşahidə ediləcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

 

Bildirilir ki, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Müəllif | Apa.Tv
Apa.tv