Corctaun Universitetinin imamı Quba Soyqrımı Memorial Kompleksini ziyarət edib

ABŞ sәfirliyinin Azәrbaycanda tәşkil etdiyi Amerika günlәri çәrçivәsindә ölkəmizdə sәfәrdә olan Corctaun Universitetinin imamı Yәhya Hendi Quba Soyqrımı Memorial Kompleksini ziyarət edib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qonağa ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə məlumat verilib. Qeyd olunub ki, Quba Soyqırımı Məzarlığı 2007-ci ildə ərazidə torpaq işləri görülərkən təsadüfən aşkar edilib. Tədqiqat işləri nəticəsində məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Ermənilərin azərbaycanlılarla yanaşı, bu bölgədə yaşayan digər xalqların nümayəndələrini də qətlə yetirdiyi vurğulanıb. Corctaun Universitetinin imamı Yәhya Hendi kütləvi məzarlığa səfər etməklə azərbaycanlıların yaşadığı faciə haqqında məlumat aldığını bildirib. “ Sülh üçün dua etdim. Həmçinin Sizin torpaqlarınızın geri qaytarılması üçün dua etdim və qoy, heç kim əziyyət çəkməsin”. Onun sözlərinə görə, heç kim milli mənsubiyyətinə, dininə, etiqadina görə əziyyət çəkməməlidir. O, Azərbaycana ikincə dəfə gəldiyini və birinci səfərindən keçən müddət ərzində Azərbaycanda heyrətamiz dəyişikliklərin oluğunu deyib.

 

Müəllif | Apa.Tv
Vəli Turan