Murad Köhnəqalanın "Yuxularım" kitabının imza günü keçirilib

Tanınmış yazıçı Murad Köhnəqalanın "Yuxularım" kitabının imza günü keçirilib. APA TV-nin xəbərinə görə, müəllif bunları deyib: "Kitabda 14 sürreal hekayə gedib. Bunlar əvvəl Kulis.az saytında nəşr olunub. Ancaq 14-cü çap olunmamışdı. Özüm qəsdən saxladım ki, kitabda xam hekayə olsun. Kulis.az saytına mən bunu proyekt kimi yazmışdım. Sonra Şahbaz bəylə danışdıq, kitab halında çap elədik. Hekayələr yuxu danışan adamın təhkiyəsi kimi başlayır. "Gördüm belə oldu", "gördüm elə getdi" kimi. Əslində bunlar mənim yuxularım deyil. O yuxuları yazanda görürəm. Yuxu elementləri var. Nə vaxtsa hansısa parçanı görmüşəm. Yaradıcılıq üslubudur. Necə qorxu filmlərini yaşa görə buraxırlar, bu da elə olmalıdır.  Mənə elə gəlir ki, azyaşlılar oxumamalıdır. Pis təsir edə bilər. Dəhşətli yerlər, təsvirlər var. Bu yuxular, bu hekayələr silsiləsi insan əzabının dibidir".

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı