Sumqayıtda şirniyyat sexində dəhşətli mənzərə - REYD

Sumqayıtda antisanitar vəziyyətdə fəaliyyət göstərən şirniyyat sexi aşkarlanıb. APA TV-nin xəbərinə görə, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidmətinin Sumqayıt ərazi idarəsinin nümayəndələri tərəfindən insan həyatı üçün təhlükəli olduğu müəyyən edilən lokum şirniyyat sexinin fəaliyyəti dayandırılıb. Sumqayıt şəhər Kimya məhsulları istehsal edən zavodun ərazisində yerləşən sexdə keçirilən reyd zamanı bir neçə adda şirniyyat məhsulunun istehsal edildiyi müəyyənləşib.

 

Yoxlama zamanı sexdə bir sıra ciddi nöqsanlar aşkarlanıb. Həmçinin istehsal olunan məhsulların uyğunluq və gigiyenik sertifikatları, sex rəisi tərəfindən təqdim edilməyib. Sexdə hazır məhsulun analiz olunması üçün hər hansı bir laboratoriya ilə müqavilə bağlanmadığı da aşkarlanıb.

 

Xəmirin kəsilməsi üçün qoyun qırxlıgından istifadə edildiyi məlum olub.

 

Gizli fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti dayandırılıb. 

Müəllif | Apa.Tv
Apa.tv