Ağdamda "Oka" dirəyə çırpılıb, sürücü ölüb

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. Hazırda işğal altında olan Şurabad kəndindən məcburi köçkün, 2-ci qrup Qarabağ əlili, 44 yaşlı Quliyev Aqil Əhəd oğlu idarə etdiyi "Oka" markalı minik maşınını elektrik dirəyinə çırpıb. Nəticədə nəqliyyat vasitəsi aşaraq yoldan çıxıb. A. Quliyev aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv