Bülbülədə 29 yaşlı qadının boğazı kəsilib

Bakının Suraxanı rayonunda gənc qadın bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Bülbülə qəsəbəsində baş verib. 29 yaşlı Zöhrə Məstanova öz evində qan içində tapılıb. Evə qonaq gələn rəfiqəsi 29 yaşlı qadını yaralı vəziyyətdə görüb. Rəfiqəsi öz şəxsi avtomobili ilə Zöhrə Məstanovanı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

 

Boğaz nahiyyəsindən biçaq zərbəsi alan yaralı qadın əməliyyat olunub. Zöhrə Məstanova əməliyyatda olduğu müddətdə yaxınları xəstəxananın nümayəndələrinə bildiriblər ki, o, özü-özünə xəsarət yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaralı ilkin ifadəsində özü özünü bıçaqladığını deyib. Polis və prokurorluq əməkdaşları Zöhrə Məstanovanın ifadəsində nə dərəcədə səmimi olub-olmadığını və hadisənin motivini müəyyən etməyə çalışarlar. Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv