Brüsseldə polis zorakılığına qarşı etiraz aksiyası keçirilib

Belçikanın paytaxtı Brüsseldə polis zorakılığına qarşı etiraz aksiyası keçirilib. "Simonis" metrostansiyası qarşısında keçirilən aksiyada çıxış edənlər Brüsseldə dörd ildir ki, martın 15-də "Polis zorakılığına son!" tələbi ilə etiraz aksiyalarının keçirildiyini bildiriliblər. Bəyan edilib ki, Belçika polisi əcnəbilərə qarşı təqsirsizlik prezimpsiyasını pozur, zorakılığa əl atır.

 

APA TV-nin xəbərinə görə, aksiya iştirakçıları poliz zorakılığı qurbanlarının fotolarını qaldırıblar, "Ədalət yoxdursa, sülh də yoxdur", "Polis zorakılığlna son", "İrqçi polisə son", "Ədalət istəyirik" şüarlarını səsləndiriblər.

 

Bildirilib ki, Belçikada polis zorakılıqları cəzasız qalır, şikayətləırin 80 faizi heç bir nəticə vermir.

 

Aksiya iştirakçıları Annessens meydanına qədər polisin nəzarəti altında yürüş ediblər. Aksiya zamanı insident qeydə alınmayıb.

 

Müəllif | Apa.Tv