Lənkəranda tiryəkxana aşkarlanıb

Lənkəran şəhərində tiryəkxana aşkarlanıb. Bu barədə məlumat APA TV-nin yerli bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Səməd Vurğun küçəsi, 72 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş İqbal Səfər oğlu Həsənovun evində tiryəkxana təşkil etməsi məlum olub.

 

Əməliyyat-axtarış tədbirləri zamanı İqbal Həsənovun evindən həmçinin narkotik istifadəçiləri olan, əvvəllər eyni əməllərə görə məhkumluq həyatı yaşamış Lənkəran şəhər sakinləri Valeh İsmayıl oğlu Bədəlov, Rövşən Əlişan oğlu Sultanov və Elman Mirsadıq oğlu Quliyev aşkarlanaraq saxlanılıb.

 

Faklta bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.2 və 238-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv