Bakıda müəmmalı hadisə: boğazı kəsilən kişi yıxılaraq xəsarət aldığını deyib

Bakının Suraxanı rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 3 saylı Şəhər Klinik Xəstəxanasına boğaz nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Aqşin Səlimov çatdırılıb. Onun Hövsan qəsəbəsi, Oqtay Şaban küçəsi, 17 ünvanında yaşadığı bildirilir.

 

Aqşin Səlimov israrla bıçaqlanmadığını bildirib. Onun sözlərinə görə, ayağı büdrəyib və yıxılıb. Nəticədə yerdəki armatur parçası boğazına batıb.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunda araşdırmalara başlanılıb. İstintaqçılar Aqşin Səlimovun hansı şəraitdə və necə yaralandığını, hadisədə cinayət tərkibinin olub-olmadığını araşdırırlar. İşdəki bütün qaranlıq məqamlara araşdırmaların gedişində aydınlıq gələcək.

 

Qeyd edək ki, bu, ötən gecə Suraxanı rayonunda baş vermiş yeganə müəmmalı qanlı hadisə deyil. Bülbülə qəsəbəsinin sakini, 29 yaşlı Zöhrə Məstanova da boğaz nahiyyəsindən xəsarət alıb. O da Aqşin Səlimov kimi heç kim tərəfindən bıçaqlanmadığını, özü özünə xəsarət yetirdiyini bildirib.

 

Müəllif | Apa.Tv