Salyanda traktor kanala aşıb, 8 yaşlı oğlan ölüb
Salyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı oğlan ölüb.
APAT V-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, ötən gün Salyan rayonunun Düzənlik kəndində həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Yusif Abbasov idarə etdiyi traktoru kanala aşırıb. Nəticədə sürücünün traktorda olan qardaşı, oğlu 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır yaralanıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb. Traktorun sürücüsü isə Şirvan şəhər xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.