Axır çərşənbə günü hava yağıntılı olacaq

Martın 17-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. 

 

Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 0-5 dərəcə isti olacaq.

 

Martın 18-dən etibarən isə yağıntılar tədricən kəsiləcək, hava nisbətən mülayimləşəcək.

Müəllif | Apa.Tv
Apa.tv