İŞİD terrorçuları İraqdan qadın paltarında qaçırlar

İraqda İŞİD-ə qarşı başlayan irimiqyaslı əməliyyatlardan sonra terror təşkilatının üzvlərinin ölkədən qaçmağa çalışdığı müşahidə edilir. APA TV-nin xəbərinə görə, ölkədən qaçarkən bir neçə terrorçu yaxalanıb. İŞİD-in üzvləri olan döyüşçülər qadın görkəminə girərək qaçmağa səy göstəriblər. Qadın paltarı geyinib, qadınlar kimi makiyaj olunan, hətta büstqalter taxan terrorçuların fotoları "İnstgram"da yayılıb. "Sunday Mirror"un məlumatına görə, bəzi terrorçular hətta bığlarını kəsmədən belə qara çarşab taxaraq qaçmaq istəyiblər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı