Cəlilabadda partlayış: Ata-ana və onların 2 azyaşlı oğlu ağır vəziyyətdədir

Cəlilabadda yaşayış evində 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələn güclü partlayış baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında Cəlilabad şəhəri, Səttarxan küçəsində Tacəddin Hüseynovun kirayə yaşadığı evdə qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, ərazidə təbii qazın kəsilərək yenidən verilməsindən xəbərsiz olan Tacəddin Hüseynov evdəki  qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayət olunan güclü partlayış baş verib:

 

"Saat 8-də partlayış eşitdik. Ailə üzvlərinin hamısı çölə çıxmışdı. Xəstəxanaya göndərdik".

 

Partlayış zamanı ev sahibi ilə yanaşı, onun arvadı Samirə Hüseynova, onların 2 azyaşlı yaşlı oğlanları - 11 yaşlı Mirhəbib və  13 yaşlı Mirhumay Hüseynovlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar qonşular tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata  görə, burada onlara lazımi tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından Bakıya yanıq mərkəzinə yola salınıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv